Türkiyə Suriya Milli Ordusu komandirlərini çağırdı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Suriyada keçiriləcək 4-cü əməliyyat üçün Türkiyə Silahlı Qüvvələrinin (TSK) dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) komandirlərini Ankaraya çağırdığı bildirilib.   Türkiyə mətbuatının məlumatına görə, Türkiyə "Fərat Qalxanı", "Sülh bulağı" və "Zeytun budağı" əməliyyatı bölgələrində döyüşən TSK-nın dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) komandirlərini Ankaraya çağırıb.   Əməliyyat iki ana xətt və 35 min nəfərlik ordu ilə həyata keçiriləcək.   Əldə edilən məlumata görə, Ankaraya çağırılan SMO komandirləri ilə cəbhə-qrupunun koordinasiyası və həyata keçiriləcək əməliyyatın taktiki-strategiyasına dair məlumatlar paylaşılıb. Təl-Rifat, Menbiç, Eyn-İsa və Təl-Təmir cəbhələrində xidmət edəcək hərbçilərin yerləri və sayı müəyyənləşib.