Türkiyə və ABŞ prezidentləri Qarabağı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Baydenlə Qarabağı müzakirə edəcək.

SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Milliyet" qəzetinə müsahibəsində deyib.

O, 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G-20 liderlərinin sammiti çərçivəsində iki ölkə prezidentlərinin ikitərəfli görüşündə müzakirə edilməsi planlaşdırılan məsələləri qeyd edib:

“ABŞ-la geniş əlaqələrimiz var. Liderlər siyasi, iqtisadi, enerji, ticarət sahələrində, müdafiə sənayesində, təhlükəsizlik sahəsində və terrorla mübarizədə gündəmdəki əsas məsələləri müzakirə edəcəklər. Həm Əfqanıstan, Suriya, İraq, Qafqaz bölgəsi və Qarabağ, Liviya, Aralıq dənizi, həm də digər qlobal problemlər müzakirə ediləcək".