2014-2017-ci illərdə İngiltərənin Türkiyədəki səfiri kimi çalışan Riçard Mur Böyük Britaniya kəşfiyyatının (MI6) rəhbəri təyin olunub.
Operativ.tv BBC-yə istinadən xəbər verir ki, hələ də Xarici İşlər Nazirliyində siyasi direktor postunu icra edən Mur yeni vəzifəsinə payızda başlayacaq. O, 6 ildir “MI6” rəhbəri olan Aleks Yangeri əvəzləyib.
Qeyd edək ki, Riçard Mur Türkiyədə olduğu müddətdə sosial mediadakı maraqlı paylaşımları və “Beşiktaş” pərəstişkarı olması ilə diqqət çəkmişdi.
Türkiyədəki eks-səfir Britaniya kəşfiyyatına rəhbər təyin olundu