UBS: OPEC+ ölkələri neft hasilatını azaltmalıdır

Neft bazarında dolların möhkəmlənməsi və tənəzzül qorxusu fonunda yaranmış eniş trendini (neftin qiyməti üzrə - red.) qırmaq üçün“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) ölkələri tərəfindən hasilatın azaldılması lazımdır.

Operativ.tv APA-Economics-ə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrənin ən böyük maliyyə holdinqi "UBS"in analitikləri hesab edir.

"Alyansın hasilatı azaltma səylərinin olmaması, çox güman ki, qiymətlərə daha da endirici təzyiq göstərə bilər", - analitiklər belə düşünür.

Qeyd olunur ki, kartel (OPEC – red.) və müttəfiqləri yaxın günlərdə gündəlik neft hasilatının ən azı 0,5 mln. barel azaldılması barədə elan etməlidirlər.

Xatırladaq ki, “OPEC+”ın növbəti iclası oktyabrın 5-də keçiriləcək.