Üç ərəb ölkəsi 2022-ci ildə ordularına 80 milyard dollar xərcləyəcək

Ərəb ölkələrindən biri hərbi xərclərin həcminə görə dünyanın 9 ölkəsi arasında yer alır. Üç ərəb ölkəsinin xərcləri 2022-ci ildə 80 milyard dollara çatacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığı ordusuna ən çox xərc yatıran ərəb ölkəsidir.

Amerikanın "Qlobal Firepower" saytının 2022-ci il üçün yaydığı statistikasına görə, Səudiyyənin müdafiə büdcəsi dünyada 9-cu yerdədir.

Ərəb ölkələrinin hərbi xərclərində Səudiyyə Ərəbistanından sonra BƏƏ və Küveyt gəlir. Saytın statistikasına görə, bu üç ölkənin cari ilin büdcəsində öz ordularına təxminən 80 milyard dolların xərclənməsi nəzərdə tutulub.

BƏƏ 25,2 milyard dollardan çox müdafiə büdcəsi olan ikinci ərəb dövlətidir və dünyada 13-cüdür.

Küveytin bu il müdafiə büdcəsi isə 8,1 milyard dollar təşkil edəcək və qlobal miqyasda 29-cudur.