Ukrayna kəşfiyyatının rəhbərinin şok iddiası: Putini devirmək üçün çevriliş planlaşdırılır

Operativ.tv Haber Global-a istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 82-ci günündə davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putini devirmək üçün çevrilişin planlaşdırıldığı irəli sürülüb. Ukraynalı general-mayor Kirilo Budanov müharibənin Rusiyanın məğlubiyyəti ilə nəticələnəcəyini və bununla Putinin hakimiyyətinin sonu olacağını iddia edib.
Sky News-a danışan general-mayor Kirilo Budanov Rusiyanın hərbi məğlubiyyətinin Putinin devrilməsi və nəticədə ölkənin dağılması ilə nəticələnəcəyini irəli sürüb. "Bu, sonda Rusiya Federasiyasının rəhbərliyinin dəyişməsinə gətirib çıxaracaq. Bu prosesə artıq start verilib" – deyə Budanov bildirib.