Ukrayna Lisiçansk şəhərini itirdiyini təsdiqləyib

Ukrayna hərbçiləri gərgin döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub.

Operativ.tv “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı:

“Ukraynalı müdafiəçilərin həyatını xilas etmək məqsədilə geri çəkilmək qərarı verilib”.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. Müdafiə naziri bildirib ki, Lisiçansk şəhəri və ona bitişik bir sıra ərazilər tam nəzarətə götürülüb.