Ukraynada daha 483 nəfərdə koronavirus aşkarlanıb

Ukraynada koronavirusa yoluxanların sayı 17 300-ü ötdü.

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.
 
Bununla da ölkə üzrə yoluxanların sayı 17 330-a çatıb.
 
Ukraynada virusdan ölənlərin sayı isə son sutkada daha 20 nəfər artaraq 476-ya yüksəlib. İndiyədək 4 473 pasiyent koronavirusdan sağalıb.