Vahid Əhmədov prezidentə müraciət ETDİ

"Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti 3 il uzadılmalıdır”.

 

Operativ.tv xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat bu müddətin uzadılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:

 

“Cənab Prezidentdən xahiş edirəm ki, əhalinin maraqlarını nəzərə alaraq bu müddəti 3 ilə uzatsın. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.

 

V.Əhmədovun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanun 2016-cı ildə qəbul edilib:

 

"Bu məsələ öz bəhrəsini verib. Hazırda əmanətlərin 8,5 milyard manatı manatla olan əmanətlərdir. Bu gün neftin qiymətinin düşməsinə baxmayraq, Azərbaycanda sabit iqtisadi vəziyyət qorunub saxlanılır”.