Valyuta ehtiyatı bir ildə nə qədər artıb?

Yanvarın 6-da Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, 2021-ci ilin ilk gününə ehtiyatın həcmi 6 milyard 369,4 milyon dollar olub. Operativ.tv bildirir ki, bu, bir il öncəki göstəricidən 111,4 milyon dollar çoxdur. 2020-ci il 6 milyard 258 milyon dollarla başlamışdı.

Mərkəzi Bank 2010-cu ilin əvvəlinə valyuta ehtiyatını 5 milyard 161,7 milyon dollar göstərib.

2011-ci ilə ehtiyatın həcmi 6 milyard 407,6 milyon dollara, 2012-ci ilə 10 milyard 481,5 milyon dollara, 2013-cü ilə 11 milyard 694,8 milyon dollara, 2014-cü ilə 14 milyard 152 milyon dollara qalxıb.

2015-ci ilin əvvəlində 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınıb, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.

2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar həcmində rəsmiləşib.