Van İ: Çin və ABŞ arasında “yeni soyuq müharibənin” başlaması bütün dünya üçün fəlakət olacaq

Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşü zamanı deyib ki, Çin Xalq Respublikası ilə ABŞ arasında “yeni soyuq müharibə”nin başlaması təkcə iki ölkə üçün deyil, bütün dünya üçün fəlakət olacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Birləşmiş Ştatlar Çinə qarşı rasional və praqmatik siyasətə qayıtmalı, Çin-ABŞ birgə üç kommünikesinin düzgün yoluna qayıtmalı, Çin-ABŞ münasibətlərinin siyasi əsasını müdafiə etməlidir", deyə nazir bildirib.

Çinin xarici işlər naziri vurğulayıb ki, ABŞ-ın Tayvana qarşı hərəkətləri “üç birgə Çin-ABŞ kommünikesinə ziddir” və həmçinin Pekin və Vaşinqton arasında münasibətlərin siyasi əsasına ciddi ziyan vurur.