Xarici ticarət 9 milyard dollar azalıb

2020-ci ildə Azərbaycanda xarici ticarət dövriyyəsi 24 mlrd. 471 mln. dollar olub.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Həmin məlumata görə, bunun 13 mlrd. 740.57 mln. dolları ixracın, 10 mlrd. 730.72 mln. dolları isə idxalın payına düşüb. Xarici ticarətdə müsbət saldo 3 mlrd. 9.85 mln. dollar təşkil edib.

Müsbət saldo az qala yarı-yarı...

Halbuki, 2019-cu ildə Azərbaycanda xarici ticarət dövriyyəsi 33 mlrd. 302 mln. dollar olmuşdu. Onun da 19 mlrd. 635.58 mln. dolları ixracın, 13 mlrd. 667.24 mln. dolları da idxalın payına düşmüşdü. Müsbət saldo da 6 mlrd. dollara yaxın olmuşdu.

Rəsmilər və ekspertlər bunu, əsasən, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər və neftin qiymətinin ucuzlaşması ilə izah edirlər.