Xəzali islahata və parlament seçkilərinə çağırır

Operativ.tv Rasthaber -ə istinadən bildirir ki, İraqın Əsaibi Əhli-Haqq Hərəkatının baş katibi Sədr qrupunun müavinlərinin istefasından sonra yaranmış vəziyyətin mürəkkəbliyini əsas gətirərək yenidən seçkilərin keçirilməsinə çağırış edib.

"Müqtəda əs-Sədrin başçılıq etdiyi Sədr qruplaşmasının nümayəndələrinin istefasından sonra ölkədə siyasi proseslər daha mürəkkəb xarakter alıb. Bəs hökumətin formalaşmasını necə gözləmək olar"- deyə Qeys əl-Xəzali bildirib. "Hər iki halda seçkinin nəticəsi hökumətin asan formalaşdırılması üçün yaxşı şərait yaratmadı və baş nazirin seçilməsi ilə bağlı razılığa gəlmək çətindir" – deyə o bildirib. “Ən təbii addım seçki qanununa dəyişiklik edilməsi, elektron səsvermənin ləğvi və Ali Seçki Komissiyasında mühüm dəyişikliklərin edilməsi şərti ilə seçkinin yenidən keçirilməsi ilə bağlı siyasi razılaşmadır”- Əhli Haqq Hərəkatının lideri bildirib. "Gələcəyin hökuməti xidmətçi olmalıdır və onun prioritetlərindən biri əsas xidmətlər və iş imkanları və ya alternativlər təqdim etmək olmalıdır. Gələcək hökumətin digər prioriteti iqtisadiyyat olmalıdır"- deyə Xəzali əlavə edib.