Yaponiya Rusiya gəmilərinin Okinava bölgəsində keçidini qeydə alıb

 Yaponiya özünümüdafiə qüvvələri üç rus gəmisindən ibarət qrupun Okinava prefekturasına daxil olan Yonaquni və İriomote adaları arasında keçidini qeydə alıb.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bu barədə Yeponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri komitəsi məlumat yayıb.

Bildirilir ki, hər hansı pozuntu qeydə alınmayıb. "Kyodo" agentliyi Rusiya gəmilərinin bu ərazidən keçməsinin ilk dəfə qeydə alındığına işarə edib. 

Yaponiya Müdafiə Nazirliyi vurğulayıb ki, bu gəmilərdən ikisi iyunun ortalarında Rusiya gəmilərinin başqa bir qrupunun tərkibində Hokkaydodan cənubda yerləşən Tiba prefekturasının sahilləri istiqamətinə keçib.