Yəhudi xaxam: “Səudiyyə Ərəbistanı ilə əlaqələrimizin qurulması zamandan asılıdır”

Operativ.tv Giperssilka istinadən xəbər verir ki, bu yaxınlarda sionist iş adamları ilə Səudiyyə Ərəbistanına səfər edən sionist ravvin Stiven Borq İsrail və Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulması prosesində yalnız zaman məsələsinin olduğunu bildirib:

 “Ər-Riyad hələ İsraillə münasibətləri normallaşdırmaq üçün İbrahim sazişini imzalamayıb, lakin bu münasibətlərin qurulması üçün sadəcə zaman lazımdır.

Səudiyyə-İsrail münasibətlərinin normallaşması iki il çəkə bilər.

Səudiyyə cəmiyyəti mühafizəkar cəmiyyətdir və onlar ölkəni irəli aparmalıdırlar, amma nəticə ondan ibarətdir ki, səudiyyəlilər ətrafa baxaraq İsrailin həqiqətən də iqtisadi fayda verə biləcək bir yer olduğunu deyirlər”.

 

Stiven Borq belə bildirib:

"Səudiyyə Ərəbistanının yəhudi və israilyönlü olmasında heç bir problem yoxdur".