Yəmən: Biz çaşdırıcı silahlarla haqlarımızı tamamilə geri alırıq

Operativ.tv Rasthaber – ə istinadən verdiyi məlumata görə, Yəmənin Baş Qərargah rəisi hər kəsi təəccübləndirəcək strateji çaşdırıcı silahlara malik olduqlarını bəyan edərək, "Yəmən qüvvələri əvvəlkindən daha yaxşı silahlarla təchiz olunub" - deyə bəyanat verib.
Yəmənin Baş Qərargah rəisi Məhəmməd əl-Qəməri bazar günü axşam saatlarında atəşkəs rejiminin pozulmasını araşdırmaq, nəzarət etmək və yolları açmaq üçün xüsusi hərbi komitənin sədri və üzvləri ilə görüşüb.
Məhəmməd əl-Qəməri deyib: "Təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasının ölkələri atəşkəs müddəalarını seçmə şəkildə həll etməyə və onları pozmağa davam edir." 
Yəmənin Baş Qərargah rəisi düşmənin Yəmən silahlı qüvvələrinin Allahın lütfü ilə gücləndiyini və daha da yaxşı təchiz edildiyini anlamalı olduğunu bildirib: "Bizim hər kəsi təəccübləndirəcək strateji çaşdırıcı silahlarımız var. Bu, haqqımızı kamil şəkildə və qüsursuz olaraq geri almağa imkan verəcək.” – deyə bəyanat verib.