Yəməndə daşqınlar nəticəsində 14 nəfər ölüb

Yəmənin paytaxtı Səna və Rime şəhərlərində yağan aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər həyatını itirib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbərə verir ki, rəsmilər daşqınlar nəticəsində azı 80 binaya zərər dəydiyini, 10-nun da dağıldığını bildirib.

Qeyd edək ki, keçən həftə ölkədə daşqınlar səbəbindən 9 nəfər həyatını itimişdi.