Yunanıstandan müharibə ssenarisi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, tərəflərin geri addım atmaması ilə Türkiyə ilə Yunanıstan arasında gərginlik günü-gündən artarkən, bir vaxtlar Yunanıstanın müdafiə naziri olmuş və demək olar ki, bütün medallara layiq görülməsi ilə tanınan Evangelos Apostolakisdən diqqətəlayiq bir açıqlama gəldi.

Yunanıstan mətbuatına açıqlama verən Apostolakis Türkiyə ilə Yunanıstanın müharibə edəcəyi təqdirdə hadisənin qısa zamanda yayıla biləcəyini, buna nəzarət etməyin asan olmadığını bildirib. Qarşıdurmaların bütün bölgəyə sirayət edə biləcəyini bildirən Apostolakis “Türkiyə tərəfindən narahatlığa səbəb olan hərəkətlər oldu. Türklər öz maraqlarına uyğun olanı edir”-deyib.

Yunanıstanın Baş Qərargahının fəxri rəisi olan Apostolakis ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan ilə türkiyəli həmkarı İbrahim Kalın arasında keçiriləcək görüşün vaxtına diqqət çəkib. Apostolakis "Əgər Sallivan gərginliyin artmasının dayandırılmasının onların maraqlarına uyğun olacağını söyləsəydi, onlar dayanacaqlar. Demək ki, razılaşma var. Çavuşoğlunun Liviyaya getdiyi bir vaxtda Sallivanın Türkiyəyə getməsini başqa necə izah etmək olar?”-söyləyib.

Yunan ordusunun təsiri və hazırlığı ilə bağlı açıqlamalar verən Apostolakis “Ordumuz yaxşıdır, amma bəzi problemlər olduğu üçün mükəmməl deyil. Əsgərlər böyükdür, ordumuzun gücü və edə biləcəkləri çox ciddidir. Müharibədə kimin qalib gələcəyini proqnozlaşdırmaq asan deyil, lakin hər iki tərəf əziyyət çəkəcək”-belə söyləyib.

Apostolakis müharibə ssenarilərindən də danışıb. Türkiyə və Yunanıstanın üz-üzə gələcəyi təqdirdə müharibənin 3-4 gündən çox sürməyəcəyini deyən o hərbi qarşıdurma başlayarsa, müharibənin istiqamətinə nəzarət etmək asan olmayacaq və münaqişələr daha da genişlənə bilər.