Zaxarova: Qarabağla bağlı Rusiya-Türkiyə mərkəzi sülhməramlılara aid deyil

Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların başa çatmasını müşahidə edəcək Rusiya-Türkiyə nəzarət mərkəzi sülhməramlı missiya ilə əlaqədar deyil. Bunu Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova 10 noyabr gecəsi "Rossiya-24" telekanalına açıqlamasında deyib.
 
"Bu dəqiqələrdə Rusiya XİN-inə istinadla Azərbaycan ərazisində mövcud olacaq Türkiyəylə birgə mərkəzin yaradılmasıyla bağlı məlumat yayılıb. Burda aydın başa düşmək lazımdır ki, söhbət bəyanatda öz əksini tapan sülhməramlı missiyadan getmir, bu, tamamilə başqa missiyadır, müştərək işin başqa hissəsidir, bunu ayırd etmək lazımdır, bunlar başqa şeylərdir", - deyə Zaxarova vurğulayıb.