Zelenski: Putin dialoq qurmaq istəmir, o, yalnız silahların dilini başa düşür

Zelenski Rusiyanın hərəkətlərinə görə cavab verməli olduğunu bildirib və Avstriyanı Aİ-nin hazırladığı 7-ci sanksiya paketinə daha güclü dəstək verməyə çağırıb.
Operativ.tv CUMHURİYET xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən festivala videokonfrans vasitəsilə qatılan Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 7-ci sanksiya paketinə daha çox dəstək verməyə çağırıb.
Vladimir Zelenski “4 Gamechager” adlı festivaldakı çıxışında Rusiyanın Qara dənizi bağlaması səbəbindən taxılın Ukraynadan çıxarıla bilmədiyini, buna görə də Moskvanın Afrika və Asiyanı girov götürdüyünü bildirib.
Zelenski iddia edib ki, Avropa aclıq təhlükəsinə qarşı tədbir görməsə, bu, ciddi miqrasiya hərəkatına gətirib çıxaracaq və bu baxımdan Rusiya Avropanı da girov götürüb.
Zelenski həmçinin, "(Rusiya prezidenti Vladimir) Putin dialoq aparmaq istəmir, o, yalnız silahların dilini anlayır. Biz bu silahları rusların almaq istədiyi bölgələrdə istifadə edirik" deyib.
Vladimir Zelenski, "Mən Putinə təklif etdim ki, bütün məsələləri sivil insanlar kimi danışıqlar masası arxasında həll etsin. O, bizimlə danışmaq əvəzinə, bu günə qədər raket atdı".
Zelenski Rusiyanın hərəkətlərinə görə cavab verməli olduğunu bildirib və Avstriyanı Aİ-nin hazırladığı 7-ci sanksiya paketinə daha güclü dəstək verməyə çağırıb.

Zelenski həmçinin əlavə edib ki, müharibə Aİ daxilində birliyin möhkəmlənməsinə gətirib çıxarıb və müharibədən sonra ölkəsi Avropa ailəsinin üzvü olacaq.