43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Turan: 2021-ci il noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 43 nəfər Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin noyabrın 26-da yaydığı məlumatda deyilir.

Məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiyaüzrə İşçi Qrupu readmissiya olunan Azərbayucan vətəndşalarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.