Abgül Süleymanovun doğum günündə general Polad Həşimovun adına olan parkı ziyarət etmək istəyənlər saxlanıldılar

Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Abgül Süleymanovun doğum günü münasibətilə şəhid olan general Polad Həşimovun adına olan parkı ziyarət etmək istəyən şəxslər təzyiqə məruz qalıblar.

 

Bu barədə Rakurs.tv-yə hadisə şahidləri məlumat veriblər.

 

Məlumatda vurğulanır: "Bu gün Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri hacı Abgül Süleymanovun mövlud günü idi. Hacının təklifinə əsasən ailəsi ilə bir neçə mömin ailəsi və kimsəsiz uşaqlarla birlikdə Zığ qəsəbəsində yerləşən Polad Həşimov adına parkda şəhid şəkilləri ilə gəzintiyə çıxmışdılar. Lakin heç bir əsas olmadan polisin qanunsuz müdaxiləsi ilə gəzinti dayandırıldı. Səs-küy salaraq bir neçə mömin qardaş həbs olunaraq polis bölməsinə aparıldı, uşaq və xanımları isə təhqir və zorla parkdan qovdular".