ABŞ-da 25 dini liderd İranla bağlı Baydenə çağırış etdi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ-da 25 dini liderdən ibarət qrup yaydıqları birgə bəyanatda ABŞ prezidenti Co Baydeni nüvə sazişinə qayıtmağa çağırıb.
ABŞ-dakı 25 dini liderdən ibarət qrup birgə bəyanatda ABŞ prezidenti Co Baydeni İranla 2015-ci ildə əldə edilmiş nüvə sazişinə qayıtmağa çağırıb.
Milli Qanunvericiliyin Dostları Komitəsinin (FCLN) rəhbərlik etdiyi qrup tərəfindən verilən açıqlamada, razılaşmaya qayıtmağın Yaxın Şərqdə sülh, diplomatiya və sabitlik üçün mühüm qələbə olacağı bildirilib.
Xatırlada ki, ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ilin mayında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə Almaniya və İran arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra Tehrana qarşı sanksiyaları bərpa etməklə “maksimum təzyiq” siyasətinə əl atmışdı.