ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqlədiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı üzrə Agentliyindən bildiriblər.

Məlumata əsasən, Dövlət Departamenti Misir hökumətinə 2,2 milyard dollara 12 ədəd C-130J-30 Super Hercules təyyarəsinin və müvafiq avadanlıqların, həmçinin 355 milyon dollara 3 ədəd SPS-48 yerüstü hava hücumundan müdafiə radarının satışını təsdiqləyib.