ABŞ-a məxsus PUA Yəməndə vuruldu

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu ABŞ-a məxsus pilotsuz uçan aparatı zərərsizləşdirib.   Bu barədə paytaxt Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, pilotsuz uçan aparat ən uyğun silahla məhv edilib.   Müdafiə nazirliyinin mətbuat katibi Yəhya əs-Səri bu il ərzində zərərsizləşdirilən 7-ci casus PUA-nın Məribdə vurulduğunu diqqətə çatdırıb.