Ağdamda əlində sursat partlayan çoban öldü

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub

Ağdam rayon Prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən R. Bəxtiyarov orada ölüb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.