AİHM Türkiyədə çevrilişə cəhddə ittiham olunan hakimlər barədə qərar qəbul etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyədə həbs olunan 400-dən çox hakim və prokurorun hər birinə 5000 avro məbləğində təzminat təyin edib.   Bu, bu gün AİHM-in saytında dərc edilmiş məhkəmə qərarında qeyd olunub.   Qərarda qeyd olunub ki, müraciət edənlər o vaxt müxtəlif səviyyələrdə hakim və prokuror olmuş 427 nəfərdir.