Aleksandr Qorbenkin: Vəhhabi terrorçuların Əfqanıstandan Rusiyaya keçməsi ehtimalı var

Aleksandr Qorbenkin: “Moskva Əfqanıstanın yeni hökumətindən narkotik, silah və qeyri-qanuni miqrasiya, o cümlədən İŞİD kimi terror qruplarının üzvləri ilə mübarizə aparacağını gözləyir".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Qorbenkin bazar günü deyib: "Terrorçular Əfqanıstandan Mərkəzi Asiya ölkələrinə sızaraq Qazaxıstanla sərhəddən Rusiyaya daxil ola bilərlər".

Məlumata görə, “Rossiyskaya qazeta” dövlət qəzetinə müsahibəsində Qorbenkin vurğulayıb ki, Moskva “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstanda vəziyyəti diqqətlə izləyir.

"Əfqanıstandakı siyasi və iqtisadi böhranı nəzərə alaraq, vəziyyətin yaxşılaşacağı ehtimalı azdır və Moskva Əfqanıstanın yeni hökumətindən narkotik, silah və qeyri-qanuni miqrasiya, o cümlədən İŞİD kimi terror qruplarının üzvləri ilə mübarizə aparacağını gözləyir", - Aleksandr Qorbenkin qəzetə deyib.