Allah bir nəfəri sənin vasitənlə hidayət edərsə…

Az.shafaqna.com: “Nəql edirlər ki, alimlərin birinin minbəri 4 min nəfərin şiə olmasına səbəb olub. Bu cür bəyanı olan şəxsin savabı təqlid mərcelərindən daha üstündür. Mərhum Mirza Həbibullah Rəşti o alimin alnından öpərək dedi: Sənin bu minbərinin qarşılığında ömür boyu çəkdiyim bütün mənəvi çətinliklərin savabını sənə verməyə hazıram.

Hədisdə buyurulur: “Əgər Allah bir nəfəri sənin vasitənlə hidayət edərsə, günün nurunun saçdığı hər bir şeydən sənin üçün daha fəzilətlidir”. İnsanların hidayətinə vasitə olmağın dəyərini yalnız Allah bilir. İşi o yerə gətirmək lazım deyil ki, qarşı tərəf ilk andan məzhəbə qarşı mənfi düşüncələrə qapılsın. Əksinə mehribançılıq və dostluqla rəftar etmək lazımdır.

Aytəullah Behcət”