Altı illik bir zaman!

Müsəlman Birliyi Hərəkatının lideri ilahiyyatçı Tale Bağırzadə Nardaran hadisəsinin 6-cı ildönümü ilə bağlı rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: 

 
Neçə-neçə məsum şəhid, məzlum əlil və onlarla günahsız qurban! 26 Noyabr 2015-ci il. Nardaran hadisəsi özündən sonra dünyaya hayqıran bu çağırışla hələ də hakimiyyətin amansız cinayətinə cəza gözləyir. Zülmkarların ədalət kürsüsündə cəzalanacağı ana qədər “26 Noyabr” öz mücadiləsi ilə zalımların kabusu olaraq qalacaq. Bu kabus təkcə mübariz ruhlu igidlərin deyil, zülmlə öldürülən şəhid analarının ahı, atasız qalan övladların fəryadı olaraq onların dünyasına zərbəsini endirəcək.
Nardaran şəhidlərinin ruhuna ehtiramla!
Tale Bağırzadə.
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan həbsxanası.
26 Noyabr 2021-ci il.