Amerikanın təşəbbüsü ilə keçirilən "Demokratiya Zirvəsi”nə müttəfiq Türkiyə dəvət olunmayıb

Bildiyimiz kimi Türkiyə Amerikanın müttəfiqi, NATO üzvüdür. Lakin nəzərdə tutulan zirvəyə çağırılmayan bir çox müttəfiqlərin (Tailand,Vetnam,Misir ) arasında Türkiyədə vardır.

Səbəb nədir?

Türkiyənin son vaxtlar Amerikaya qulaq asmaması, Rusiya ilə əlaqələri, S - 400 havadan müdafiə sistemini əldə etməsi, İrana qarşı sanksiyalara qoşulmaması və ən əsası Türkiyənin yaxın illər üçün nəzərdə tutduğu "Müstəqil siyasət, Müstəqil Ordu" planından Amerikanın xəbərdar olması, başda Ərdoğan olmaqla heç bir "Diktator" bu  sammitə dəvət edilmədi. Müxalifətin erkən seçki tələbi və bu tələbin reallaşması üçün türk lirəsinin dollar qarşısında ucuzlaşması, xalqın kasıblaşması Amerikanın hazırki iqtidarı yıxmaq istəməsindən başqa bir şey deyildir. Bu səbəbdən Türkiyə, İran, Çin və Rusiya ilə münasibətlərini möhkəmləndirmək üçün hərəkətə keçib. Həmçinin Amerikanın bu addımına cavab olaraq Türkiyə Prezidenti İ.Ə.T -ə üzv olan müsəlman ölkələrini İsrailə qarşı vahid münasibət göstərməyə çağırıb.

Amerikanın dağıdıcı dünya siyasəti, bu siyasət qarşısında "təkəbbür" göstərən liderlərin sayını artırır. ABŞ “Demokratiya zirvəsi”nə dəvət etdiyi dövlət başçılarını "Demokrat", bu sammitə dəvət edilməyən dövlət başçılarını "Diktator" kimi təqdim etməklə, iki qütblü dünyanın varlığını qəbul edib...

Türk demişkən , Ey Vallah...

 

Sahil Rzalı.