Amnesty International Səudiyyə Ərəbistanında artan repressiya və təqibləri pisləyir

Rasthaber-ə istinadən Operativ.tv-nin verdiyi xəbərə görə, Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanında repressiyaların genişlənməsini və insan hüquqlarının pozulmasını pisləyib.
Əl-Əhd Xəbər Agentliyinin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə axşamı bildirib ki, Səudiyyə Ərəbistanı insan haqları fəallarını və hökumətə qarşı çıxan və onu tənqid edənləri hədəf alan ifadə azadlığına qarşı geniş təzyiq dalğasının şahidi olur.
Amnesty İnternational 2021-ci ilə qədər Səudiyyə Ərəbistanında bütün insan haqları müdafiəçiləri, yazıçılar və müstəqil jurnalistlərin səyahət qadağaları və fundamental hüquqlara qarşı təzyiq cəhdləri ilə uzun müddət və ya sınaq müddətində özbaşına həbs edildiyini və ədalətsiz şəkildə mühakimə edildiyini bildirib. 
Təşkilat həmçinin Səudiyyə rejimini tənqid edən bəzi fəalların öldürülməsi və xaricdəki fəallara qarşı kiberhücumların ölkədə terror və zülm mühiti yaratdığını bildirib. Səudiyyə Ərəbistanı son iki ildə yüzlərlə fəal, din xadimi, elita, iqtisadçı və akademiki Səudiyyə rejiminin siyasətlərinə qarşı olduqlarına görə və onlara müxalif olduqlarını ifadə etdikləri üçün həbs edib. Məhbuslara ağır işgəncələr verilir.