AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı məsələlərə toxunulacaq

Turan: 24-28 sentyabr tarixlərində Strasburqda AŞPA-nın növbəti sessiyası keçiriləcək.

Sessiyanın gündəliyində Cənubi Qafqaz ölkələrində LGTB birliyinin hüquqlarının pozulması məsələsi var.

Belçikalı deputat Kristofer Lyakruanın məruzəsində Azərbaycanda cinsi azlıqların vəziyyəti haqqında ayrıca alt bölmə var. Məruzə ayın 25-də təqdim ediləcək. 

Yanvarın 27-də Fransalı deputat Andre Qatolinin Avropa Şurası məkanında şəxslərin zorla yoxa çıxması haqqında məruzəsi dinləniləcək. Məruzədə Qarabağ münaqişəsinə istinad da var.