Aşura günü oruc tutmaq barədə Əhli Beytin (ə) nəzəri nədir? (1-ci hissə)

Allahın adı ilə

Aşura günü oruc tutmaq barədə Əhli Beytin (ə) nəzəri nədir?

Sualın izahı:

Vəhhabilər tərəfindən İmam Hüseynin (ə) Aşurası ilə bağlı ortaya atdığı mövzulardan biri də Bəni Üməyyəyə tabe olub Həzrət Hüseynin (ə) və dostlarının şəhadətinə şükranlıq və sevinci hislərini üzə çıxarmaq məqsədilə Aşura günü oruc tutmaqdır. Bu barədə İmam Sadiq (ə) buyurmuşdur:

 إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا.

 

Bəni Üməyyə və İmam Hüseynin (ə) qətlə yetirilməsində kömək edən Şam camaatı (Allahın lənəti olsun onlara) nəzr etdilər ki, əgər İmam Hüseyn (ə) öldürülərsə və xilafət məqamı Əbu Süfyanın sülaləsinə yetişərsə, Aşura gününü özləri üçün bayram qərar versinlər və (hər ilin) o günü şükranlıq məqsədilə oruc tutsunlar.

Əmali, Şeyx Tusi, səh 667, 1397 h/ 4

Biz əvvəlcə vəhhabi və əhli sünnənin bəzi alimlərinin nəzərlərini qeyd edəcək, sonra isə o nəzərləri tənqid edəcəyik.

Peyğəmbərin (s) Məkkəyə olan hicrətinə yaxın olan Aşura günündə oruc tutmağa xalqın təşviq olunması

Ərərbistanın böyük alimlər heyətinin, fətvalar və elmi təhqiqat mərkəzinin rəis və müftisi Şeyx Əbdüləziz ibn Əbdillah Ali Şeyx bir bəyanatda müsəlmanları Aşura günü oruc tutmağa təşviq edir:

الرياض وكالة الأنباء السعودية: وجّه سماحة الشيخ عبد العزيز بن عبد الله آل الشيخ مفتي عام المملكة رئيس هيئة كبار العلماء وإدارة البحوث العلمية والإفتاء، الكلمة التالية في الترغيب في صوم يوم عاشوراء: الحمد لله والصلاة والسلام على رسول الله، وعلى آله وأصحابه ومن اهتدى بهداه..؛ اما بعد: فقد ثبت عن النبي أنه كان يصوم يوم عاشوراء، ويرغب الناس في صيامه، لأنه يوم نجى الله فيه موسى وقومه، وأهلك فيه فرعون وقومه، فيستحب لكل مسلم ومسلمة صيام هذا اليوم شكرا لله عز وجل! وهو اليوم العاشر من المحرم.ويستحب أن يصوم قبله يوما أو بعده يوما... ونظرا إلى أن يوم الاثنين هو اليوم الأول من محرم هذا العام 1422 هـ لأن الأصل هو كمال ذي الحجة، فإن الأفضل للمؤمن في هذا العام أن يصوم يومي الثلاثاء والأربعاء التاسع والعاشر من محرم، أو يومي الأربعاء والخميس العاشر والحادي عشر من محرم. وأسال الله أن يوفقنا وجميع المسلمين لما يرضيه وأن يجعلنا جميعا من المسارعين إلى كل خير. إنه جواد كريم. وصلى الله على نبينا محمد وآله وصحبه...

 مفتي عام المملكة العربية السعودية ورئيس هيئة كبار العلماء وإدارة البحوث العلمية والإفتاء عبد العزيز بن عبد الله بن محمد آل الشيخ

(Xütbədən sonra) Səudiyyə Ərəbistanının xəbər agentliyi Şeyx Əbdüləziz ibn Əbdillah Ali Şeyx tərəfində belə bir bəyanat verib: Peyğəmbərdən (s) belə bir rəvayət vardır ki, o Həzrət (s) Aşura günü oruc tutardı və camaatı da bu gündə oruc tutmağa təşviq edərdi. Çünki bu gün elə bir gündür ki, Allah-Təala bu gündə Musa (ə) və qövmünə nicat bəxş etmiş, Firon və qövmünü isə həlak etmişdir. Buna görə də hər bir müsəlman qadın və kişiyə müstəhəbdir ki, Məhərrəm ayının 10-cu günü Allaha olan şükranlıq səbəbinə oruc tutsunlar. Daha yaxşıdır ki, ondan bir gün əvvəl və bir gün sonra da oruc tutsunlar. Bu il 1422-ci ildir və zilhiccə ayı tamam olur. Bazar ertəsi Məhərrəm ayının 1-dir. Yaxşıdır ki, bu il iki gün – 10-cu və 11-ci gün – oruc tutsunlar...

Əl-İntisar, Amili, c. 9, səh. 302

“Zahidan” sünni elmi hövzəsinin saytında Əbu Xalidin söhbəti

“Zahidan” sünni elmi hövzəsinin rəsmi saytında (Sunnionline) Əhli sünnənin alimlərindən Əbu Xalid adlı birinin qələmilə yazılan bir məqalədə belə deyilir: Aşuranın məqamını nəzərə alaraq o gün oruc tutmaq Peyğəmbər (s) sünnəsində təkid olunmuşdur və o Həzrət (s) ümməti də bu gün oruc tutmağa təşviq etmişdir. Buxaridə Abdullah İbn Abbasdan (r.ə) belə nəql olunur: Həzrət Peyğəmbər (s) Mədinəyə təşrif buyurdu və gördü ki, yəhudilər oruc tutublar. O Həzrət (s) buyurdu: Bu işin səbəbi nədir? Yəhudilər dedilər: Bu gün mübarək bir gündür. Allah-Təala Bəni İsrailə düşmənlərdən bu gün nicat verdi və Həzrət Musa (ə) bu günü oruc tuturdu. Həzrət Peyğəmbər (s) buyurdu: Mən Musaya (ə) sizdən daha layiqəm (yaxınam). Buna görə də o Həzrət (s) o günü oruc tutdu və o gün oruc tutulmasına əmr etdi.

Yenə də İbn Abbasdan başqa bir rəvayət nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur:

صوموا يوم عاشورا و خالفوا فيه اليهود، صوموا قبله يوماً و بعده يوماً.  

Aşura günü oruc tutun, lakin yəhudilərə xilaf olaraq ondan bir gün əvvəl və bir gün sonra da oruc tutun!

Səhih Müslim, səh. 1162

Cavab:

Aşura günü oruc tutmağın hökmü haqqında ixtilaf var. Bəziləri bu fikirdədir ki, mübarək Ramazan ayının orucu vacib olana qədər Aşura günü oruc tutmaq vacib olub, lakin mübarək Ramazan ayının orucu vacib olandan sonra bu hökm nəsx olmuşdur. Bəziləri isə bu nəsx olmanın arxasınca deyiblər ki, nəsx olmasına baxmayaraq müstəhəbliyi qalmışdır. Bəziləri isə məkruh hesab edir. Bəziləri isə bu fikirdədir ki, bu gün oruc tutmaq insanların ixtiyarına buraxılmışdır, yəni hər kəs istəsə o gün oruc tuta bilər.

Biz bu mövzunu 3 hissədə araşdıracağıq.

1. Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-Beyt (ə) rəvayətlərində

2. Bu məsələ barədə şiə alimlərinin rəyləri

3. Aşura günü oruc tutmaq əhli-sünnə alimlərinin nəzərində

 

Birinci hissə

Aşura günündə oruc tutmağın nəhy olunması Əhli-Beyt (ə) rəvayətlərində

Ramazan ayının orucu Aşura gününün orucunu nəsx etdi

Şiə kitab və mənbələrində bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərk olunmasını daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.

Məhəmməd ibn Müslim və Zürarə ibn Əyən İmam Baqirdən (ə) Aşura günü oruc tutmaq barədə soruşurlar. Həzrət (ə) onların cavabında buyurur:

 كان صومه قبل شهر رمضان، فلما نزل شهر رمضان ترك.

Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu.

Mən la yəhzuruhul fəqih, c 2, səh 51, hədis 224

Digər rəvayətdə ravi deyir ki, İmam Baqirdən (ə) Aşura gününün orucu barəsində soruşdum. Həzrət (ə) buyurdu:

صوم متروك بنزول شهر رمضان، والمتروك بدعة.

Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir.

Kafi, c 4, səh 146, Babu sovmi Aşura və Ərəfə, hədis 4

Aşura gününün orucu İmam Hüseynin (ə) şəhadəti səbəbinə olan Bəni Üməyyənin sünnəsidir.

Başqa bir rəvayətdə Aşura orucu barəsində İmam Sadiqdən (ə) soruşarkən belə buyurur:

 ذاك يوم قتل فيه الحسين عليه السلام، فإن كنت شامتا فصم. ثم قال: إن آل أمية عليهم لعنة الله ومن أعانهم على قتل الحسين من أهل الشام، نذروا نذرا إن قتل الحسين عليه السلام وسلم من خرج إلى الحسين عليه السلام وصارت الخلافة في آل أبي سفيان، أن يتخذوا ذلك اليوم عيدا لهم، وأن يصوموا فيه شكرا، ويفرحون أولادهم، فصارت في آل أبي سفيان سنّة إلى اليوم في الناس، واقتدى بهم الناس جميعا، فلذلك يصومونه ويدخلون على عيالاتهم وأهاليهم الفرح ذلك اليوم. ثم قال: إن الصوم لا يكون للمصيبة، ولا يكون إلا شكرا للسلامة، وإن الحسين عليه السلام أصيب، فإن كنت ممن أصبت به فلا تصم، وإن كنت شامتا ممن سرك سلامة بني أمية فصم شكرا لله تعالى.

 

Aşura günü İmam Hüseynin (ə) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə) şəmatət (Onun (ə) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə Aşura günü oruc tut. Bəni Üməyyə (l.ə) və onlara kömək edənlər İmam Hüseynin (ə) öldürülməsinə belə nəzir etdilər: Əgər Hüseyn (ə) öldürülsə, Hüseynə (ə) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə) ailəsinin nəsibi olarsa Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnət olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni Üməyyənin salamatçılığı üçün olan  şükranlıqdır. İmam Hüseyn (ə) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə bu günü oruc tutma. Əgər Əhli-Beytə (ə) şəmatət etmək istəyirsənsə və Bəni Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut.

Əmali, Şeyx Tusi, səh 667, hədis 1397/4

Aşura gününün orucu – cəhənnəm atəşi

Digər rəvayətdə Zeyd Nərsi Zürarədən belə nəql edir:

عن زيد النرسي قال: سمعت عبيد بن زرارة يسأل أبا عبد الله عليه السلام عن صوم يوم عاشورا فقال: من صامه كان حظه من صيام ذلك اليوم حظ ابن مرجانة وآل زياد. قال: قلت: وما كان حظهم من ذلك اليوم؟ قال: النار أعاذنا الله من النار ومن عمل يقرب من النار.

 

Zeyd Nərəsi deyir ki, Ubeyd ibn Zürarədən İmam Sadiqdən (ə) Aşura orucu haqqında soruşduğunu eşitdim. Həzrət (ə) belə buyurdu: Hər kəs bu gün oruc tutsa, İbn Mərcanə və Ali Ziyadın apardığı bəhrəni aparar. Dedim ki, onlar bu gün nə bəhrə aparıblar? Buyurdu ki, cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən Allaha pənah aparıram.

Əl-Kafi, c 4, səh 147, hədis 6; Təhzib, c 4, səh 301, hədis 912; Əl-İstibsar, c 2, səh 135, hədis 443

Aşura günü oruc tutanın mükafatı – Allahın qəzəbi

محمد بن يعقوب عن الحسين بن علي الهاشمي عن محمد بن الحسين عن محمد بن سنان (عن أبان عن عبد الملك) قال: سألت أبا عبد الله عليه السلام عن صوم تاسوعاء وعاشوراء من شهر المحرم؟ فقال:... ما هو يوم صوم. وما هو إلا يوم حزن ومصيبة دخلت على أهل السماء وأهل الأرض وجميع المؤمنين. ويوم فرح وسرور لابن مرجانة وآل زياد وأهل الشام. غضب الله عليهم وعلى ذرياتهم...

 

Məhəmməd ibn Sinan deyir ki, İmam Sadiqdən (ə) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə) belə buyurdu: Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali Ziyad və Şam camaatının isə sevinc günləridir.

Vəsailuş şiə (Alul Beyt), Şeyx Hürr Amili, c 10, səh 460, hədis 13847

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə