Aşura günü oruc tutmaq barədə Əhli Beytin (ə) nəzəri nədir? (2-ci hissə)

Allahın adı ilə

İkinci hissə

Şiə alimlərinin nəzərləri

Aşura orucu barəsində şiə alimlərinin müxtəlif nəzərləri mövcuddur. Şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı haram biliblər. Məsələn mərhum Xansari (r.ə) Cameul-mədarikdə belə deyir:

وجزم بعض متأخري المتأخرين بالحرمة ترجيحا للنصوص الناهية وحملا لما دل على الاستحباب على التقية. والظاهر أن هذا أقرب

Ən müasir şiə alimlərindən bəziləri Aşura günündə oruc tutmağı nəhy edən hədislərə üstünlük verərək orucun müstəhəbliyini bildirən hədisləri təqiyyəyə həml ediblər və nəticədə qətiyyətlə bu gündə oruc tutmağı haram biliblər. Zahir budur ki, bu nəzər (həqiqətə) daha əqrəbdir (yaxındır).

Cameul mədarik, Mərhum Xansari, c 2, səh 226

Yaxud mərhum Mühəddis Bəhrani Hədaiqdə belə deyir:

وبالجملة فإن دلالة هذه الأخبار على التحريم مطلقا أظهر ظاهر.

Ümumiyyətlə bu hədislərin (Aşura) orucunun haramlığına qeydsiz-şərtsiz dəlalət etməsi daha aydındır.

Əl-Hədaiqun nazirə, Mühəqqiq Bəhrani, c 13 səh 376

Və ya mərhum Nəraqi Müstənədüş-şiə kitabında belə deyir:

فالحق: حرمة صومه من هذه الجهة. فإنه بدعة عند آل محمد متروكة

Doğrusu budur ki, bu gün oruc tutmaq ona görə haramdır ki, bu Ali Məhəmmədin (s) yanında tərk olunmuş bidətdir.

Müstənəduş şiə, Mühəqqiq Nəraqi, c 10, səh 493

Baxmayaraq ki, müasirlərin əksəriyyəti – Seyyid Yəzdi (Ürvətül vüsqanın müəllifi), mərhum Bürucerdi, Həkim, Xomeyni, Ürvətül vüsqa kitabının bir çox şərhçiləri və ya hazırki zamanda bir çox müasir alimlər o gün oruc tutmağın kərahətli olduğunu demişlər. (Ürvətul vüsqa, Seyyid Yəzdi, c 3 səh 657) Bir qrupu isə Bəni Üməyyənin təbərrük qəsdilə etdiyi şəkildə deyil, əsrə qədər hüzn, qəm-qüssə niyyətilə oruc tutmağı, qürubdan əvvəl isə (İmam Hüseynin (ə) türbətilə olsa daha yaxşıdır) iftar etməyi müstəhəb biliblər və bunu Aşura orucunun istihbabiyyəti (müstəhəbliyi) barəsində varid olan hədisləri və bu orucu nəhy edən hədisləri cəm edən bir yol hesab etmişlər. Məsələn Şeyx İstibsarda (İstibsar, Şeyx Tusi, c 2, səh 136) aşağıdakı rəvayətdən belə nəticə əldə edib:

عبد الله بن سنان عن الصادق عليه السلام قال: دخلت عليه يوم عاشورا فألفيته كاسف اللون ظاهر الحزن و دموعه تنحدر كاللؤلؤ المتساقط، فقلت: يا ابن رسول الله مم بكاؤك لا أبكى الله عينيك فقال لي: أو في غفلة أنت؛ اما علمت أن الحسين عليه السلام أصيب في مثل هذا اليوم فقلت: يا سيدي فما قولك في صومه قال لي: صمه من غير تبييت وأفطره من غير تشميت ولا تجعل صوم يوم كملا وليكن إفطارك بعد صلاة العصر بساعة على شربة من ماء فإنه في ذلك الوقت من ذلك اليوم تجلت الهيجاء عن آل رسول الله صلى الله عليه وآله وانكشفت الملحمة عنهم

 

Abdullah ibn Sənan İmam Sadiqdən (ə) nəql edərək deyir: Aşura günü o Həzrətin (ə) məhzərinə müşərrəf oldum. Gördüm ki, Ağanın (ə) rəngi tutqun və qaralmış, çöhrəsindəki hüzn zahir olmuş, lölö dənələri kimi mübarək gözlərindən yaş axırdı. Ərz etdim: Yəbnə Rəsulillah! Allah gözlərinizi ağlatmasın, nəyə görə ağlayırsınız? Həzrət (ə) buyurdu: Məgər qəflətdəsən və bilmirsən ki, Hüseyn (ə) belə bir gündə müsibət görmüşdür? Ərz etdim: Ey seyyidim, o günün orucu haqqında rəyiniz nədir? Buyurdu: Bu gün oruc tut, lakin onu sona çatdırmamış iftar et və ondan rəhmət gözləmə! Onu kamil bir oruc qərar vermə, əsr namazından bir az sonra bir qurtum su ilə iftar et!...

Misbahul mutəhəccid, Şeyx Tusi, səh 547

Buna görə də şiə fəqihləri Əhli-Beyt (ə) rəvayətlərindən ilham almaqla bu günün qəm-qüssə günü olmasını və bu gündə İmam Hüseynin (ə) əzadarlığını keçirməyin lazım olduğunu nəzərə alaraq əzadarlıqla ziddiyyət təşkil edən hər bir əməli qadağan etmişlər, möminlərə də tövsiyə etmişlər ki, bu gündə gündəlik işlərdən əl çəkib bu günü özləri üçün ağlamaq, müsibət və qəm-qüssə günü qərar versinlər. İmam Rza (ə) bir hədisdə belə buyurur:

من كان يوم عاشوراء يوم مصيبته وحزنه وبكائه يجعل الله عز وجل يوم القيامة يوم فرحه وسروره وقرت بنا في الجنان عينه.

Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün Allah qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.

İləlüş şəraye, Şeyx Səduq, c 1, səh 227

İmam (ə) yuxarıdakı rəvayətdə Aşura gününü hüzn və müsibət günü adlandırır. Buna görə də şadlığa səbəb olan, İmam Hüseynin (ə) müsibətindən qəflətə salan hər cür işi Allahın və Əhli-Beytin (ə) istəyinə xilaf bilmişdir.

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə