Aşura günü oruc tutmaq barədə Əhli Beytin (ə) nəzəri nədir? (3-cü hissə)

Aşura gününün orucu əhli-sünnə alimlərinin nəzərində

Əhli-sünnə mənbələrində Aşura orucu haqqında gələn rəvayətlərdə olan ziddiyyətlər

Əhli-sünnənin səhihlərinə müraciət etdikdə Aşura gününün orucu haqqında olan ziddiyyətli rəvayətlər toplusu ilə üzləşirik və bir çox hallarda o hədisləri cəm etmək mümkün olmur.

Peyğəmbərin (s) və Qureyşin İslamdan qabaq Aşura günü oruc tutmaları

Səhih-Buxaridə gəlmiş və əhli-sünnənin Aşura orucunun müstəhəb olması fətvasına səbəb olan  rəvayətərdən biri də aşağıdakı hədisdir:

عَنْ عَائِشَةَ رضى الله عنها قَالَتْ: كَانَ يَوْمُ عَاشُورَاءَ تَصُومُهُ قُرَيْشٌ فِي الْجَاهِلِيَّةِ، وَكَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يَصُومُهُ، فَلَمَّا قَدِمَ الْمَدِينَةَ صَامَهُ، وَأَمَرَ بِصِيَامِهِ، فَلَمَّا فُرِضَ رَمَضَانُ تَرَكَ يَوْمَ عَاشُورَاءَ، فَمَنْ شَاءَ صَامَهُ، وَمَنْ شَاءَ تَرَكَهُ.

Aişə deyir: Qureyş cahiliyyət dövründə Aşura günü oruc tuturdu. Allahın rəsulu (s) da o günü oruc tuturdu və Mədinəyə gələndə də o gün oruc tuturdu, digərlərinə də oruc tutmağı əmr edirdi. Ramazan ayının orucu vacib olan zaman Həzrət (ə) Aşura günü oruc tutmağı tərk etdi. İstəyən o günü oruc tuta bilər, istəyən də tərk edə bilər.

Səhih-Buxari, c 2, səh 250, hədis 2002, Kitabus sovm, bab 69, Babu siyami yovmi Aşura

Əvvəlcə bu rəvayətin sənəd silsiləsində Hişam ibn Ürvə olduğu üçün işkallı və münaqişəlidir. Çünki İbn Qəttan onun barəsində belə demişdir: «أنّه اختلط و تغيّر» Yəni o, mətləbləri dogru olmayan mətləblərlə dəyişdirərək qarışdırır. Zəhəbi onun barəsində belə deyir: «أنّه نسي بعض محفوظه أو وهم» Yəni o, bildiklərinin unudur və ya onlar haqqında şəkk edir. İbn Xərraşdan da onun barəsində belə gəlmişdir: «كان مالك لا يرضاه نقد عليه حديثه لأهل العراق» Yəni Malik ondan razı deyildi və onun İraq camatı üçün nəql etdiyi hədisləri tənqid edirdi. (Mizanul-etidal, c. 4, səh. 301)

İkincisi bu hədis aşağıda gələn hədislərlə ziddiyyətlidir:

Peyğəmbərin (s) və Qureyşin hicrətədək Aşura orucundan xəbərsizliyi

Səhih-Buxaridə gəlmiş və yuxarıdakı hədislə tamamən ziddiyət təşkil edən hədis budur:

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا أَيُّوبُ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ - رضى الله عنهما - قَالَ قَدِمَ النَّبِىُّ - صلى الله عليه وسلم - الْمَدِينَةَ. فَرَأَى الْيَهُودَ تَصُومُ يَوْمَ عَاشُورَاءَ. فَقَالَ «مَا هَذَا». قَالُوا هَذَا يَوْمٌ صَالِحٌ. هَذَا يَوْمٌ نَجَّى اللَّهُ بَنِى إِسْرَائِيلَ مِنْ عَدُوِّهِمْ. فَصَامَهُ مُوسَى. قَالَ «فَأَنَا أَحَقُّ بِمُوسَى مِنْكُمْ». فَصَامَهُ وَأَمَرَ بِصِيَامِهِ.

 

İbn Abbas deyir: Həzrət Peyğəmbər (s) Mədinəyə gələndə bir yəhudinin Aşura günü oruc tutduğunu gördü. Buyurdu ki, bu nə işdir? Dedilər ki, bu gün mübarək bir gündür. Elə bir gündür ki, Allah-Təala Bəni-İsrailə onların düşmənlərindən nicat verdi və həmin günü Musa (ə) oruc tutdu. Həzrət (s) buyurdu: Mən sizdən Musaya daha layiqəm (yaxınam). Elə buna görə də Həzrət (s) o günü oruc tutdu və digərlərinə də oruc tutmağı əmr etdi.

Səhih-Buxari, c 2, səh 251, hədis 2004

Birinci rəvayət deyir ki, Həzrət Peyğəmbər (s) və Qureyş cahiliyyət dövründə bu günü oruc tuturdular. İslamdan sonra 13 il Məkkədə olduqları müddətdə də bu hökm qüvvədə idi. Mədinəyə hicrət edəndən sonra isə Ramazan orucu vacib oldu. Ondan sonra Aşura gününün orucu insanların ixtiyarına qoyuldu. İstəyən oruc tutar, istəyən də tərk edər.

İkinci rəvayət isə bunu deyir ki, Peyğəmbər (s) Mədinəyə gələrkən nəinki bu günü oruc tutmuş, heç ondan xəbəri belə olmamışdır. Yəhudinin bu günün orucunu tutduğunu görərkən təəccüblə bunun səbəbini soruşmuşdur. Cavabında isə yəhudinin Musanın (ə) nicat tapmasına sevinc əlaməti olaraq oruc tutduğunu eşitmişdir. Elə buna görə də Həzrət (s) buyurmuşdur: Əgər belədirsə, mənim Məkkə müşriklərindən nicat tapmağımın səbəbinə özümü bu günü oruc tutmaq üçün Musadan (ə) daha layiqli bilirəm. Ondan sonra Həzrət (ə) Aşura günü nəinki özü oruc tutur, digərlərini də oruc tutmağa əmr edir.  

Ramazan orucunun vacib olması ilə Aşura orucunun tərk olunması

Səhih-Buxaridə gələn və yuxarıdakı rəvayətlərlə ziddiyyətli olan digər bir hədisə diqqət edin:

عَنِ ابْنِ عُمَرَ رضى الله عنهما قَالَ: صَامَ النَّبِيُّ صلى الله عليه وسلم عَاشُورَاءَ، وَأَمَرَ بِصِيَامِهِ، فَلَمَّا فُرِضَ رَمَضَانُ تُرِكَ. وَكَانَ عَبْدُ اللَّهِ لاَ يَصُومُهُ، إِلاَّ أَنْ يُوَافِقَ صَوْمَهُ.

 

İbn Ömər deyir: Həzrət Peyğəmbər (s) Aşura günü oruc tutar və digərlərini də bu günü oruc tutmağı əmr edirdi. Ramazan orucu vacib olan kimi Həzrət (s) Aşura orucunu tərk etdi. Abdullah da o günü oruc tutmazdı. Amma Aşura günü oruc tutulan günə düşsəydi onda oruc tutardı. (Məsələn, cümə gününə düşərkən).

Səhih-Buxari, c. 2, səh. 226, hədis. 1892, Kitabus-sovm, babu vucubi sovmi Ramazan

Nətcə olaraq deyə bilərik ki, bu hədis Ramazan ayının orucu vacib olmamışdan əvvəl Aşura orucu haqqında olan ikinci rəvayətlə uyğun, Aşura orucunun ixtiyari və icbari olmasını bəyan edən rəvayətlə ziddiyyətlidir.

Peyğəmbərin (ə) özünün buyurduğuna əməl etməməsi

Bu rəvayətlərin digər problemi Heysəminin Məcməuz-zəvaiddə gətirdiyi rəvayətdir. O, Əbu Səid Xudridən belə rəvayət edir:

ان رسول الله صلى الله عليه وسلم أمر بصوم عاشوراء وكان لا يصومه.

 

Allahın rəsulu (s) Aşura orucunun tutulmasına əmr edərdi, lakin özü bu orucu tutmazdı.

Məcməuz-zəvaid, Heysəmi, c. 3, səh. 186

Heysəminin bu rəvayətində aşkar problem bundadır: Necə ola bilər ki, Həzrət (s) bir yaxşı işin yerinə yetirilməsinə əmr etsin, lakin özü o işi etməsin?!

Kitab əhlinin ayini ilə Peyğəmbərin (s) uyğunluğu

Yuxarıdakı rəvayətlərlə ziddiyyət təşkil edən və Səhih-Buxaridə gələn hədislərdən biri də Həzrət Peyğəmbərin (s) Allahın hökmü gəlməyən işlərdə yəhudi və digər ayinlərə tabe olması hədisidir.

Buxari öz Səhihində İbn Abbasdan belə nəql edir:

وَكَانَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم يُحِبُّ مُوَافَقَةَ أَهْلِ الْكِتَابِ فِيمَا لَمْ يُؤْمَرْ فِيهِ بِشَىْ‏ءٍ....

 

Allahın rəsulu (s) Allah tərəfindən əmr nazil olmadığı işlərdə əhli kitaba tabe olmağı sevirdi.

Səhih-Buxari, c. 4, səh. 269, hədis. 3558, Kitabul-mənaqib, bab. 23, Babu-sifətin-Nəbi (s)

Həmçinin əhli-sünnənin böyük alimi İbn Həcər Əsqəlani deyir:

و قد كان (ص) يحبّ موافقة أهل الكتاب فيما لم يؤمر فيه بشي‏ء و لا سيّما إذا كان فيما يخالف فيه أهل الأوثان.

Allahın rəsulu (s) əmr nazil olmayan yerlərdə - xüsusilə o iş bütpərəstlərlə müxalif bir iş olanda - əhli-kitabla müvafiq olmağı sevirdi.

Fəthul-Bari, İbn Həcər, c. 4, səh. 213

Hicrətin 795-ci ilində vəfat edən Zeynuddin ibn Rəcəb ibn Əbdirrəhman Hənbəli öz kitabında Peyğəmbərin (s) tutduğu orucları dörd qismə böləndən sonra belə deyir:

 الحالة الثانية انّ النبي (ص) لمّا قدم المدينة و رأى صيام أهل الكتاب له وتعظيمهم له وكان يحبّ موافقتهم! فيما لم يؤمر به صامه، وأمر النّاس بصيامه، وأكّد الأمر بصيامه و الحثّ عليه حتى كانوا يصوِّمونه أطفالهم.

 

İkinci qism odur ki, Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət edən zaman əhli-kitabın oruc tutmasını və onların bu orucu əzəmətli bilməsini müşahidə edərkən, onlarla bu işdə müvafiq olmağ istədi. Buna görə də ona (Allah tərəfindən) əmr olmayan yerdə Aşura günündə oruc tutdu və insanlara da bu orucu tutmağı əmr etdi. O, bu işə o qədər israr etdi ki, hətta uşaqların da bu orucu tutmalarına əmr etdi.

Lətaiful-məarif, səh. 102

Növbəti hissədə bu məsələni araşdıracağıq ki, görəsən həqiqətən də Allahın rəsulu (s) ilahi hökmlərdə yəhudi və nəsranilərlə müvafiq olmağı sevirdimi?

Görəsən Peyğəmbər (s) yəhudilərə tabe olmağı sevirdimi?

Maraqlı burasıdır ki, burada deyilir ki, Peyğəmbər (s) yəhudiyə tabeçilik göstərərək Aşura orucunu tutmağa əmr etmişdir!!!

Şiə və sünni alimlərindən bəziləri bu əqidədədirlər ki, Həzrət Peyğəmbər (s) besətdən əvvəl belə öz ibadətlərində başqa dinlərə, o cümlədən  yəhudi və nəsranilərin dininə tabe olmamışdır. Bu barədə aşağıdakı mətləblərə diqqət edin:

Əhli-sünnənin böyük alimlərindən olan Fəxri Razi belə deyir:

... الاحتمال الثاني وهو حقيقة المسألة فيدل على بطلانه وجوه:

 الأول: لو كان متعبدا بشرع أحد لوجب أن يرجع في أحكام الحوادث إلى شرعه وأن لا يتوقف إلى نزول الوحي لكنه لم يفعل ذلك لوجهين:

الأول: أنه لو فعل لأشتهر. والثاني: أن عمر رضي الله عنه طالع ورقة من التوراة فغضب رسول الله عليه الصلاة والسلام وقال لو كان موسى حيا لما وسعه إلا اتباعي ولما لم يكن كذلك علمنا أنه لم يكن متعبدا بشرع أحد الحجة الثانية: أنه عليه السلام لو كان متعبدا بشرع من قبله لوجب على علماء الأعصار أن يرجعوا في الوقائع إلى شرع من قبله ضرورة أن التأسي به واجب وحيث لم يفعلوا ذلك البتة علمنا بطلان ذلك.

 الحجة الثالثة: أنه عليه الصلاة والسلام صوب معاذا في حكمه باجتهاد نفسه إذا عدم حكم الحادثة في الكتاب والسنة ولو كان متعبدا بحكم التوراة كما تعبد بحكم الكتاب لم يكن له العمل باجتهاد نفسه حتى ينظر في التوراة والإنجيل.

 

Məsələnin  həqiqəti olan ikinci ehtimalın batil olmasına dəlalət edən bir neçə yol mövcuddur:

1-ci dəlil: Əgər o Həzrət (s) besətdən öncə hər hansı bir kəsin (Hz. Musa və ya Hz. İsa) dinində ibadət etsəydi, o zaman hər hansı bir hadisə ilə üzləşəndə də vəhyi gözləməməli  və əvvəlki şəriətlərə müraciət etməli idi. Amma o Həzrət (s) bunu iki dəlilə əsasən etmirdi:

1. Əgər Peyğəmbər (s) belə etsəydi, bu iş mütləq məşhurlaşardı

2. Ömər Tövratdan bir vərəq oxudu, Həzrət (ə) onun bu işindən qəzəbləndi və buyurdu: Əgər Musa (ə) diri olsaydı, yalnız mənə tabe olardı. Burdan başa düşürük ki, Həzrət Peyğəmbər (s) əvvəlki dinlərdə ibadət etməmişdir.

2-ci dəlil: Əgər Peyğəmbər (s) başqa dinlərdə ibadət etsəydi, qarşılarına çıxan hadisələrdə özlərindən əvvəlki dinlərə tabe olan müasir alimlərə - onlara müraciət etməyin vacib olduğunu nəzərə alaraq - müraciət edərdi. Bu hadisənin olmamasını nəzərə alsaq, nəticə alarıq ki, Peyğəmbər (s) heç bir dini ayinə tabe olmamışdır.

3-cü dəlil: O Həzrət (s) Kitab və sünnədə olmayan bir hadisə barəsində ictihad edən Məazı dəstəklədi. Əgər Həzrət (s) Tövratın hökmlərinə ibadət edirdisə, Məaz Tövrat və ya İncilə müraciət etmədən özbaşına ictihad edə bilməzdi.

Əl-Məhsul, Fəxri Razi (606 h), c. 3, səh. 263

Yaxud Əbul-Hüseyn Bəsri deyir:

... أن نبينا (ص) لم يكن متعبدا قبل النبوة ولا بعدها بشريعة من تقدم لا هو ولا أمته...

 

Bizim Peyğəmbərimiz (s) və onun ümməti besətdən əvvəl və ya sonra başqa dinlərin heç birinə ibadət etməmişlər.

Əl-Mutəməd, Əbul-Hüseyn Bəsri, səh. 336

İbn Abidin Rəddul-muxtar kitabının haşiyəsində deyir:

هل كان قبل البعثة متعبدا بشرع أحد؟ أن المختار عندنا عدمه وهو قول الجمهور

Peyğəmbər (s) besətdən əvvəl başqa bir dinə ibadət edibmi? Bizim fikrimizə görə O (s) bunu etməmişdir və üləma icmasının da nəzəri budur.

Haşiyətu-rəddil-muxtar, İbn Abidin, c. 1, səh. 97

Əhli-sünnə mənbələrində bir çox rəvayətlər Peyğəmbərin (s) müsəlmanlara yəhudi ayininə tabe olmağı qadağan etmişdir. Həzrət (s) buyurmuşdur:

ليس منا من تشبه بغيرنا لا تشبهوا باليهود ولا بالنصارى.

 

Özlərini bizdən başqasına – yəhudi və nəsranilərə oxşadan kəs bizdən deyildir.

Sünənu-Tirmizi, c. 4, səh. 159

Başqa bir hədisdə Həzrət (s) buyurub:

لا تشبهوا باليهود و النصاري.

Özünüzü yəhudi və nəsranilərə bənzətməyin!

Fəthul-Bari, İbn Həcər, c. 11, səh. 12

Yenə Həzrət (s) buyurmuşdur:

صلوا في نعالكم وخالفوا اليهود.

Nəleynlərinizlə (ayaqqabılarınızla) namaz qılın və yəhudilərlə müxalifət edin!

 

Əl-Möcəmul-kəbir, c. 7, səh. 290, hədis 7165, Əl-Bidayə vən-nihayə, İbn Kəsir, c. 2, səh. 172, Əl-Müstədrəku ələs səhiheyn, c. 1, səh. 260

 

Əhli-sünnə qaynaqlarında olan belə hədisləri görəndə necə demək olar ki, Həzrət Peyğəmbər (s) Aşura orucunu tutmaqda yəhudiyə tabe olmuşdur?

 

Aşura barəsində olan rəvayətlərdə olan işkallar (problemlər)

 

Əhli-sünnənin gətirdikləri Aşura orucunun hikmətini bəyan edən rəvayətlərdə bir çox işkallar gözə dəyir. Biz onların bəzilərinə işarə edirik:

 

Yəhudilərlərlə müxalif olsun deyə Aşura günü oruc tutulması

 

Peyğəmbərin (s) yəhudilərə tabe olub Aşura gününün orucunu tutmasını bəyan edən rəvayətlərlə ziddiyyət təşkil edən rəvayətlər də mövcuddur. Bu rəvayətlər Peyğəmbərin (s) Aşura günü yəhudilərlə müxalifət etdiyi üçün oruc tutmasına dəlalət edir. Bu halda Aşura orucu barədə olan rəvayətlər arasında möhkəm ziddiyyətlər meydana gəlir:

 

Həzrət Peyğəmbər (s) buyurub:

صوموا عاشوراء وخالفوا فيه اليهود.

 

Aşura günü oruc tutun və bu işdə yəhudilərlə müxalifət edin!

Məcməuz zəvaid, Heysəmi, c 3, səh 188; Əs-sünənül kubra, c 4, səh 475

 

Yəhudilərin orucu ilə Aşura orucu uyğun deyil

 

Tarixə və təhqiqatçıların nəzərinə görə yəhudilərin təqvimi qəməri təqvim deyil ki, hər il Aşura gününə təsadüf edən gündə oruc tutsunlar və Peyğəmbər (s) də o gündə yəhudi ilə müvafiq və ya müxalif olmaqla oruc tutmağı əmr və ya nəhy etsin. Çünki yəhudilərin orucu 1-ci Tişrin ayının 10-na düşür və bu da şəmsi təqvimlə Aban ayına, miladi təqvimlə isə oktyabr ayına düşür. Yəhudilər o günü “kipur” – yəni kafir və ya kəffarə adlandırırlar. O elə bir gündür ki, israillilər ikinci lövhə ilə öz dinlərini tanıyıblar.

 

Yəhudilərin sünnəsinin hər il Məhərrəm ayının 10-da oruc tutmalarına heç cür bəraət qazandırıla bilməz. Bundan əlavə Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə Məhərrəm ayında yox, Rəbiul-əvvəlin 12-si, bazar ertəsi günü hicrət etmişdir.

(Tarixi-Təbəri, c. 2, səh. 3; Əl-Kamilu fit-tarix, c. 2, səh 518; Fəthul-Bari, c. 4, səh. 289)

 

Belə olan halda necə ola bilər ki, Həzrətin (s) Mədinəyə daxil olma tarixi yəhudilərin oruc tutma sünnəsi ilə eyni zamana təsadüf etsin və Həzrət (s) Məkkə müşriklərindən xilas olmaq münasibətilə bu günü oruc tutmağı əmr etsin?!

 

Yəhudi ili şəmsi ilinin əsasındadır. Təqribən hər 36 ildən bir Aşura günü yəhudilərin oruc tutduğu günə düşür. Nəticədə Məhərrəm ayında, Aşura günündə oruc tutmaq və bunun əsasında yəhudilərin hər il bu günü Fironun əlindən xilas olma günü kimi qeyd edib oruc tutaraq sünnəyə çevirmələri ağıldan uzaq bir işdir.

 

Yəhudi orucu ilə İslam orucunun fərqi

 

Yəhudi orucunda olan problemlərdən biri də onların orucu ilə müsəlman orucunun arasında olan zaman fərqidir. Belə ki, yəhudi orucu sübhdən axşamadək tutulmaq əvəzinə, axşamdan növbəti günün sübhünə qədər tutulur. Doktor Cavad Əli bu barədə belə deyir:

 

و يقصدون بصوم اليهود يوم عاشوراء ما يقال له: «يوم الكفّارة» و هو يوم صوم و انقطاع و يقع قبل عيد المظال بخمسة أيّام أي في يوم عشرة تشري و هو يوم الكبور «kipur»، و يكون الصوم فيه من غروب الشمس إلى غروبها في اليوم التالي، و له حرمة كحرمة السبت، و فيه يدخل الكاهن الأعظم قدس الأقداس لأداء الفروض الدينيّة المفروضة في ذلك اليوم.

 

Aşura günü yəhudi orucundan məqsəd o gündür ki, ona “kəffarə günü “ deyilir və  o gün oruc günü və inqita (Fironun əlindən qırılmaq) günü sayılır. “Məzal” bayramından 5 gün əvvəl, yəni Təşrin ayının 10-cu gününə deyilir. O günə “Kipur” günü də deyirlər. O günün orucu günəş batandan növbəti günün gün çıxan vaxtına qədər tutulur. Onların nəzərində o günün hörməti şənbə gününün hörməti kimidir. Bu gündə onların böyük kahini dinin vacib olan ayinlərini yerinə yetirmək üçün Qüdsə daxil olur.

 

Əl-Müfəssəlu fi tarixil-ərəb, c. 6, səh. 339, Darul-Məlayin çapı; Kitabul-müqəddəs, c. 2, səh. 2660

 

Yuxarıdakı mətnin bu hissəsinə diqqət edin:

... يوم الكبور «kipur»، و يكون الصوم فيه من غروب الشمس إلى غروبها في اليوم التالي...

 

... O günə “kipur” günü də deyirlər. O günün orucu günəş batandan növbəti günün gün çıxan vaxtına qədər tutulur...

 

Bu fənnin mütəxəssislərindən olan Səqqaf deyir:

في واقعنا الحاضر لانجد أيّ يهوديّ يصوم في العاشر من محرّم أو يعدّه عيداً، و لم يوجد في السجلاّت التاريخيّة ما يشير إلى انّهم صاموا في العاشر من محرّم أو عدوّه عيداً، بل اليهود يصومون يوم العاشر من شهر تشرين و هو الشهر الأوّل من سنتهم في تقويمهم و تاريخهم إلاّ انّهم لا يسمّونه يوم عاشوراء، بل يوم أو عيد كيپور.

Bizim zamanımızda Aşura gününü bayram edib oruc tutan bir yəhudiyə rast gəlinməmişdir. Buna dəlalət edən tarixi bir mətləb də yoxdur. Çünki yəhudilər ilin birinci ayı olan Tişrin ayının 10-cu gününü oruc tutarlar, lakin bu günü Aşura günü adlandırmazlar. Çünki bu günə “Kipur günü” və ya “Kipur bayramı” deyərlər.

 

Məcəllətul-hadi, c. 2, səh. 37 (7 cilddə)

 

Araşdırmanın nəticəsi

 

Şiə və sünni mənbələrində Aşura orucunu tənqid edən rəvayətləri nəzərə alsaq, bu gündə oruc tutmağı nəql edən rəvayətlərə olan etimad və inam aradan gedir. Bu da bu cür hədislərin Kərbəla faciəsini meydana gətirən Bəni-Üməyyə tərəfindən uydurduğu saxta hədislər olduğunu bizə əsas verir. Onlar bu hədisləri düzəltməklə insanların zehinlərini Aşuranın əhəmiyyətindən başqa yerə yönləndirmək və İmam Hüseynin (ə) bu hərəkatına ləkə gətirmək istəyirlər. Lakin onların xoşuna gəlsə də, gəlməsə də Allah öz nurunu tamamlayacaqdır.

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə