Aşura günü toy etmək və bu qəbildən olan fikirlərə münasibət

- Azərbaycan xalqı tarix boyu Peyğəmbərimiz s və Əhli Beytinə ə xüsusi sayğısı olan bir xalq olub. Təbii ki, bunun tarixi kökləri vardır. 
Bu baxımdan vətənimizdə yaşayan müsəlman olmayan xalqlar da Aşura və Məhərrəmliyə matəm ayı kimi  müsbət mövqe nümayiş etdirmişlər.
Deməli Bu Məhərrəmlik- Aşura mərasimləri birləşdirici və vəhdət amili olmuşdur.
Belə ki, İmam Huseynin Aşurası haqda  Mahatma Qandi, Lev Tolstoy, Çarlz Dikıns,Edvard Braun və s kimi dünya şöhrətli mütəfəkkirlər müsbət fikirlər söyləyir və bu ümumbəşəri məktəbin yaşamasının zərurətini deyiblər.
Imam Huseynin(ə) Aşurası Azadlıq məktəbidir. 
Biz də bu Matəm ayında Şəhadətpərvərlik və mənəvi dirçəliş məsələlərimzlə məşğul oluruq. Bu maddi dünyanın buxovundan qurtulub Yaşamaq və Ölüm həqiqətini idrak edirik.
Bütün bunları istəməyənlər şübhəsiz bəşəriyyəti- insanlığı kölə və eyş-işrətə qərq edilərək maddiləşmiş bir varlıq kimi görmək istəyirlər.
Təsadüfi deyil ki, tarixdə diktatorlar xalqları rahat idarə etmək üçün ilk öncə onları eyş-işrətə cəlb edərək zərərsizləşdirmiş və istədiklərini etmişlər.
Əlbəttə ki, İmam Huseyn Aşurasıyla düşmənçilik dünyanı idarə edən böyük qüvvələrin marağındadır. Proseslər onların sifarişləriylə idarə olunur.
Amma bu Aşurayla düşmənçilik edənlər heç vaxt istəklərinə nail olmayacaq. Çünki keçmişdə mübarizə aparanlar torpağın altındadır amma bu qara bayraqlar hələ də dalğalanır. Səbəb isə İmam Huseyn Aşurasının qoruyucusunun Aləmlərin Rəbbi olan Allahın olmasıdır.
Azərbaycan xalqı da çox şükr ki, günü-gündən Aşuraya daha da bağlanır.

Aşura gününün və bütövlükdə Məhərrəm-Səfər aylarının Matəm ayı olması xalqımız tərəfindən qorunmuş və qorunacaqdır.

Diqqətiniz üçün təşəkkür edirəm.
Vüsal Nadiroğlu
Sosial psixoloq
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin Üzvü