AYİB: Rusiya qazı kəsilərsə, COVİD-dən sonra bərpa mümkün olmayacaq

SHAFAQNA TÜRKİYƏ-yə istinadən Operativ.tv məlumat verir: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iddia edib ki, Rusiya qazının ixracı qəfil dayanarsa, COVID epidemiyasından sonra Avropa, Mərkəzi Asiya və Şimali Afrikanın inkişaf etməkdə olan iqtisadiyyatlarında müşahidə olunan canlanma aradan qalxacaq.
Avropa, Mərkəzi Asiya və Şimali Afrikanın 40-a yaxın ölkəsində fəaliyyət göstərən AYİB Rusiya qazından asılı olan inkişaf etməkdə olan iqtisadiyyatların ÜDM-nin bu il 2,3 faiz, gələn il isə qazın qəfil kəsiləcəyi təqdirdə 2 faiz azalacağını proqnozlaşdırıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Beata Javorcik bildirib ki, Avropa Rusiyadan neft və qaz alışını dayandırmağı müzakirə edir. Rusiyanın qaz qolunu özünün dayandırması ehtimalı da var.
AYİB regionundakı iqtisadiyyatların 2020-ci ildə 2,5 faiz azaldığı və keçən il 6,7 faiz artdığı təxmin edilir.
Bu gün dərc olunan hesabatında AYİB region ölkələri üçün 2022 və 2023-cü illər üçün ÜDM artım proqnozlarını da daxil edib, eyni zamanda regional iqtisadiyyatlar üçün 2022-ci il üçün artım proqnozunu 1,7 faizdən 1,1 faizə, 2023-cü il üçün gözləntisini isə 4,4 faizdən 4,2 faizə endirib. 
Türkiyə üçün 2022 və 2023-cü il artım proqnozları 2,6 faiz və 3,5 faiz olaraq qorunub.