Ayətullah Xamenei İranda son hadisələr fonunda çıxış edib

“Müqəddəs döyüşlərimizin həqiqətlərini gənclərimizə çatdırın. Bildirin ki, qarşı tərəfdə təkcə Səddam rejimi deyil, dünya hegemonları idi.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkədə qeyd edilən “Müqəddəs Müdafiə” (İran-İraq müharibəsi) günləri münasibətilə etdiyi çıxışında deyib.

“Müqəddəs müdafiə İran xalqı üçün əsas bir prinsipi açıqladı. O da bu idi ki, ölkəni qorumaq istəyirsənsə, müqavimət göstərməlisən, təslim olmalı deyilsən. Müqavimət göstərmək ruhiyyəsi həm daxildə özünə güvənci formalaşdırdı, həm də düşmənə başa saldı ki, öz hesablamalarında İranın daxili müqavimətini nəzərə almalıdırlar.”

Ayətullah Xamenei fikirlərini belə davam etdirib:

“Xalq belə müqavimət hissi ilə düşmənin çoxsaylı planlarını iflasa uğratdı və onu nakam qoydu. Düşmən maksimum təzyiq siyasətinə də keçdi, yenə də iflasa uğradı. Düşmən yeni Yaxın Şərq planını ortaya atdı, yenə nakam qaldı. Düşmən bizim sərhədlərimizə hava və dənizdən təcavüz etdi yenə nakam qaldı. Özünə inam yəni bu...!”

"İndiki nəsil bu həqiqətlərin çoxunu bilmir", deyə Ayətullah Xamenei “Müqəddəs Müdafiə” dövrünün həqiqətlərini təcrübə etməyən gənclərə çatdırılmasını istəyib.