Azərbaycan ordusunun zabitinin intihar etdiyi deyilir

Hərbi Prokurorluq: “Şahidlər dindirilib, ekspertiza edilib”

İyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Orxan Əhmədovun intihar etdiyi deyilir.

Füzuli Hərbi Prokurorluğunun əməkdaşlarının hadisə yerinə və meyitə baxış keçirdiyi, izahatlar aldığı qeyd olunub.

Bu barədə Azərbaycan Hərbi Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Füzuli Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açıb:

“Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.