Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxır

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası başa çatır. Mayın 7-də Müdafiə Nazirliyindən Report.az-a bildiriblər ki, NATO-nun qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən hərbi qulluqçular və digər heyət vətənə qayıdacaq.

Azərbaycan Ordusu Əfqanıstandakı sülhməramlı missiyaya 2002-ci ilin noyabr ayında qoşulub. Missiyada 120 hərbi qulluqçu, hərbi həkimlər və qərargah zabitləri iştirak edir.

Azərbaycan sülhməramlıları Cənubi Sudanda həyata keçirilən missiyaya da qatılıb.