Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri Xəzərlə bağlı sammitə hazırlıq məsələlərini müzakirə ediblər

İyunun 17-də Bakıda Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. Bu barədə iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Məsləhətləşmələri xarici işlər nazirinin müavini və Azərbaycanın Xəzər dənizi və sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov və Rusiya xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Dövlət Sərhəd Xidmətinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov aparıblar.

Tərəflər Xəzərin hüquqi statusuna dair Konvensiyanın tətbiqi, növbəti Xəzər sammitinə hazırlıq, həmçinin Xəzəryanı ölkələr arasında bu sahədə əməkdaşlığa dair sazişlərin layihələrini müzakirə ediblər, məlumatda bildirilir.