Azərbaycanda Holokost qurbanları anıldı

Bu gün ADA Universitetində Holokost qurbanlarının anım günü münasibətilə BMT nümayəndəliyi, İsrail və Niderland səfirlikləri, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik tədbir zamanı "Azərbaycan böyük yəhudi icmasının yaşadığı unikal müsəlman ölkəsidir" söyləməsi diqqət çəkib.