Azərbaycanda mikroavtobus qəzaya uğradı - 15 nəfər yaralandı

Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb.

Operativ.tv Unikal-a istinadən verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən hadisə ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. 

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. 

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.