“Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb” – Baş nazir

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq qiymətlərinin artmasının səbəbini açıqlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Baş nazir Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya iqtisadiyyatında cərəyan edən mənfi tendensiyaları diqqətə çatdırıb.

“Qlobal təchizat zəncirində qırılmalar müşahidə edilir, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. İnflyasiya nəticəsində Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”, – deyə o əlavə edib.