Azərbaycanda sənaye parklarının məhsul ixracı 47 % artıb

Bu ilin I yarısında Azərbaycan sənaye parklarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artıb.

“Report” xəbər verir ki, sənaye parklarının ixracı isə 47 % artıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Pirallahı Sənaye Parkıdır.

Prezident İlham Əliyevin bu ilin mayında imzaladığı Fərmanla sayca 6-cı Ağdam Sənaye Parkı yaradılıb.