Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 1-dək uzadılıb

Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi sentyabrın 1-dək uzadılıb.

Müvafiq qərarı iyulun 22-də Azərbaycanın baş naziri Əli Əsədov imzalayıb.

Sentyabrın 1-dək Bakı Metropoliteni də daxil olmaqla, ictimai nəqliyyat əvvəlkitək şənbə və bazar günləri işləməyəcək.