Azərbaycanla Rusiya arasında beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

İyunun 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Operativ.tv APA -ya istinadən xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Serqey Lavrov imzalayıblar.