Bağdadda raket hücumu və toqquşmalarda yaralananların sayı 122-ə çatıb

Bağdadda ötən gün axşam saatlarında hökumət binalarının yerləşdiyi “Yaşıl Zona”ya atılan raketlər, habelə eyni zamanda polislə etirazçıların toqquşmasında yaralananların sayı 122-ə çatıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq baş nazirinin ofisinə tabe olan “Hərbi Media Qurumu” tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, ötən gün axşam saatlarında təhlükəsizlik qüvvələri ilə “Yaşıl Zona”ya daxil omaq istəyən etirazçıların toqquşmasında, habelə raket hücumunda 122 nəfər yaralanıb ki, onların böyük əksəriyyəti təhlükəsizlik qüvvələridir.

Qeyd edək ki, ötən gün Müqtəda Sədrin tərəfdarları Parlemntin iclaslarını bərpa etməsinə etiraz əlaməti olaraq “Yaşıl Zona”ya daxil olmaq istəyiblər.

“Yaşıl Zona”ya raketlərin atılmasını hələ heç bir tərəf öhdəsinə götürməyib.