Bayden son qərarını verdi: SEPAH terror siyahısında qalır

Operativ.tv Giperssilka-ya istinadən xəbər verir ki, "Politico" saytı yüksək rütbəli bir qərb rəsmisindən istinadən belə yazıb:

"Bayden son qərarını verdi. SEPAH terror siyahısında qalır. ABŞ prezidenti bu qərarı İsrailin baş nazirinə çatdırıb”.

Başqa bir məlumatlı mənbə, Baydenin aprelin 24-də telefon danışığı zamanı İsrailin baş nazirini məlumatlandıraraq bu qərarı ona çatdırdığını və bu mövqeyin qəti və 100% yekun olduğunu bildirib.

Məlumata görə, Bayden Bennetlə telefonla zəng edərək, güzəştə getmək fürsətinin bitdiyini bildirib. 

İsrailin Baş Naziri Naftali Bennett "Twitter" hesabında ABŞ hökumətinin İnqilab Keşikçilərini qara siyahıda saxlamaq qərarını alqışladığını və bunu “prinsipial” qərar adlandırdığını bildirib.

Bennett, Baydenə və hökumətinə İsrailin əsl dostu olduğuna görə təşəkkür edib.